Bəzi xəttatlıq nümunələrində “vav” hərfi yazılır. Bunun nə mənası var?
Həqiqətən, “vav” hərfi xəttatlıq nümunələrində müstəqil olaraq işlənən hərflər işində özəl yerə malikdir (əlif, nun, hu kimi). Bunun əsas səbəbi “vav” hərfinin təsəvvüfdə rəmzi mənalar daşımasıdır. Bu hərfi quruluşuna görə ana bətnindəki insana bənzətmişlər. Quranın xüsusi özəlliyə malik and ayələri “vav” hətfi ilə başlayır. Əbcəd hesabı ilə bu hərfin ekvivalenti 6-dır. Bu isə əhli-sünnə məzhəbində imanın 6 pilləsinə işarədir. Həmçinin, bəzi xəttatlıq nümunələrində işlənən qoşa (güzgülü simmetrik) “vav” hərfləri 66 ədədini ifadə edir ki, bu da əbcəd hesabı ilə “Allah” sözünün ekvivalentidir.