Ötən gün Əfqanıstanda NATO-nun 6 hərbi qulluqçusu öldürülüb. APA-nın "RİA Novosti"yə istinadən məlumatına görə, bununla da anti-taliban koalisiyasının 2006-cı ilin iyun ayında Əfqanıstanda verdiyi itkilərin sayı 98 nəfərə çatıb.
Öz növbəsində Talibanın mətbuat katibi Kari Yusif Əhmədi bazar günü Kunar əyalətinin Maravar yarğanında baş vermiş döyüşdə koalisiya qüvvələrinin itkilərinin 10 nəfər olduğunu bəyan edib.
Öldürülən qiyamçıların sayı barədə heç bir tərəf açıqlama yaymayıb.