Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Mərkəzinin açılışı keçiriləcək.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İndoneziyanın mədəniyyətini və tarixini özündə əks etdirən İndoneziya Mərkəzində müxtəlif kitablar, video-materiallar yer alacaq ki, bu da tələbələr üçün əyani vəsait olacaq.
İyunun 29-da keçiriləcək mərasimdə İndoneziyanın İran və Azərbaycanda akkreditasiya olunan səfiri İvan H. S. Viranata Atmadjanın iştirakı da nəzərdə tutulub.
Xatırladaq ki, bu il aprelin 22-də Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ADU-da olub, açılması nəzərdə tutulan İndoneziya Mərkəzi ilə tanış olub, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.