ABŞ-ın pilotsuz təyyarəsi şənbə günü Pakistanın şimal-qərb bölgəsinə iki raket zərbəsi endirib və nəticədə 15 nəfər həlak olub və xeyli sayda insan yaralanıb
APA-nın Sinhua Agentliyinə istinadən verdiyi xəbərə görə, raket zərbəsindən biri Vəziristan vilayətində kənd evlərindən birinə endirilib. Pakistan təhlükəsizlik qüvvələrindən verilən məlumata görə həmin evdə yaraqlılar fəaliyyət göstərirmiş, lakin yerli hakimiyyətin məlumatlına görə həlak olmuşların şəxsiyyəti hələlik müəyyən olunmayıb.