Qeyri-müsəlman ölkələrində istehsal olunan şirniyyatları (konfet, tort, şirin kökə (pirojna) və s.) yemək olarmı?
Qeyri-müsəlman ölkələrində istehsal olunan şirniyyatın içində haram maddələr yoxdursa, onları yemək olar. Haram maddələr deyərkən, əsasən alkoqol qatqıları, həmçinin donuz məhsulları və sairə nəzərdə tutulur. Burada bir məsələyə də diqqət yetirmək yerinə düşər. Yuxarıda yazılanlar əhli-kitab (xristian, yəhudi) ölkələrində istehsal olunan məhsullara aiddir. Müşrik (bütpərəst) hökmündə olan ölkələrdə istehsal edilən məhsullarda isə hazırlanma zamanı müşriklərin həmin məhsullara nəm halda toxunmaması da şərtdir. Əgər şirniyyat avtomatlaşdırılmış üsulla hazırlanmırsa və fabrikdə işləyən insanla məhsulun təması yaranırsa, o şirniyyatı yeməmək məsləhətdir.