POPULYARXƏBƏRLƏR

Bakıda İslam İnkişaf Bankı Müdirlər Şurasının illik toplantısı başlay

Bu gün Bakıda İslam İnkişaf Bankı (İİB) Müdirlər Şurasının 35-ci illik toplantısı başlayıb. APA-nın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, toplantıya Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir.

Toplantıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək deyib ki, dünyada baş verən qlobal maliyyə böhranı üzv ölkələrin bəzilərinə təsir etsə də, əsasən bu amilə qarşı müqavimət göstərilib və dayanıqlılıq təmin edilib. Üzv ölkələrə daha səmərəli xidmət göstərmək üçün İBB islahatlar aparır, müəyyən tədbirlər həyata keçirir. Ş.Mustafayev Azərbaycanın iqtisadi göstəriciləri haqqında da məlumat verib. Onun sözlərinə görə, son illər Azərbaycanda 1800 məktəb tikilərək istifadəyə verilib. Dövlət büdcəsi 7 dəfə, əhalinin gəlirləri 6,7 dəfə artıb, son beş ildə 840 min iş yeri açılıb, yoxsulluğun səviyyəsi 49%-dən 11%-ə enib: "Əldə olunan nailiyyətlər nəticəsində iqtisadi böhranın fəsadları neytrallaşdırılıb".

Toplantıda İİB prezidenti Əhməd Məhəmməd Əli çıxış edərək Azərbaycanda urbanistik inkişafın şahidi olduğunu deyib. Onun sözlərinə görə, dünya iqtisadi böhranı Azərbaycanın inkişafına mane olmayıb: "Buna görə biz sizə, atanız Heydər Əliyevə borcluyuq. Siz də onun yolunu davam etdirdiyinizə görə minnətdarlığmızı bildiririk".

Ə. M. Əli deyib ki, İİB Azərbaycanda davamlı inkişaf mühitini nəzərə alaraq öz dəstəyini əsirgəməyəcək: "Biz bilirik ki, Azərbaycan işğaldan əziyyət çəkir. Böyük qaçqın ordusu var. İstəyirik ki, Azərbaycan torpaqları işğaldan azad olunsun. İstəyirik ki, Ermənistan işğal etdiyi torpaqları azad etsin və BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilsin".

Onun sözlərinə görə, İİB son illər ərzində 7,5 mlrd. dollar inkişafa vəsait yönəldib: "İstəyirik ki, yoxsul İslam ölkələrinin tələbatlarına daha çox diqqət yetirilsin. İqtisadi böhrandan əziyyət çəkən ölkələrə dəstək verilsin. Bu sahədə bizim bank da layihələr həyata keçirəcək. Azərbaycanla İİB arasında 1992-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur və indiyə kimi Azərbaycanla 528 mln. dollar vəsaitlə 28 layihədə iştirak edib".

Ə. M. Əli Qırğızıstanda baş verən proseslərdən narahatlıq keçirdiklərini və orada yaranmış çətinliklərin aradan qaldırılması üçün bu ölkəyə dəstək verilməsinin zərurliyini vurğulayıb.

Tədbir davam edir.



Yerləşdirilib:25 İyun, 2010  14:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com