POPULYARXƏBƏRLƏR

İran Mərkəzi Bankının sədr müavini Seyyid Həmid Purməhəmmədi: "İran investorları Azərbaycanın bank sistemində iştirakda maraqlıdır"

APA-ECONOMICS. İranın Mərkəzi Bankı sədrinin birinci müavini Seyyid Həmid Purməhəmmədinin "APA-ECONOMICS"ə müsahibəsi.

Yaxın perspektivdə İranda fəaliyyət göstərən bankların Bakıda nümayəndəliklərinin açılması gözlənilirmi? Bununla bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edilibmi?

- İran və Azərbaycan müştərək zəngin tarixi keçmişə malikdirlər. Bizim hava, yer və su sərhədlərimiz var. Bu da İran üçün Azərbaycan Respublikası ilə iqtisadi və bank sahəsində əlaqələrin genişlənməsinə əsaslı zəmin yaradır. Azərbaycanın son illər yüksək səviyyədə iqtisadi inkişafı və irəliləyişi bizə bu dost, qonşu ölkə ilə bank sahəsində münasibətləri daha da inkişaf etdirməyə əsas verir. İran bankları Azərbaycanda öz nümayəndəliklərini açmaq üçün hazır olduqlarını bildirib. İran qanunları da buna imkan verir. Biz Azərbaycanın bank rəhbərlərini İrana dəvət edirik və həmişə əməkdaşlıq etməyə hazırıq. Hazırda Azərbaycanda "Melli İran Bankı"nın Bakı şöbəsi fəaliyyət göstərir. Amma İran banklarının Azərbaycanda fəaliyyəti və nümayəndəliklərinin açılması üçün hələ Azərbaycanın Mərkəzi Bankına yeni müraciət olmayıb.

- İranda fəaliyyət göstərən bankların Azərbaycandakı kommersiya banklarının nizamnamə kapitalında iştirak payı alması ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Hazırda mənimlə İran banklarının bir neçə müdiri Bakıya gəlib və onların bununla bağlı müxtəlif görüşləri olacaq. İran bank rəhbərləri bu işdə maraqlıdırlar və öz fikirlərini bildirəcəklər. İran dövlətinin qanunları da buna icazə verir və biz İran Mərkəzi Bankı olaraq İran banklarına Azərbaycandakı kommersiya bankları ilə işləməyə lisenziya verməyə hazırıq.

- Azərbaycanda İslam bankçılığının inkişaf etdirilməsində İran Mərkəzi Bankının nə kimi dəstəyi ola bilər?

- İran hər şeydən öncə öz bank sistemini islami qanunlara əsasən tənzimləyir. Bu da 70 il əvvəl iranlı alim Məhəmmədbaqir Sədrin İslam bankçılığı barədə yazdığı kitaba əsaslanır. Bizim İslam bankçılığı haqda kifayət qədər təcrübəmiz var və bu təcrübəni Azərbaycanlı qardaşlarımızla bölüşməyə hazırıq. Biz həm Azərbaycan bank sistemində işləyənləri İran Mərkəzi Bankına dəvət edirik, həm də özümüzdən bank sahəsində olan təcrübəli insanları qrup şəklində Azərbaycana göndərə bilərik. Beləliklə, iki ölkə arasında İslam bankçılıq sistemini inkişaf etdirə bilərik. Onu da qeyd edim ki, İranda bank sistemində işləyənlərin çoxu azərbaycanlılardır. Elə bilirəm ki, bu, əməkdaşlığımızın inkişafına daha da müsbət təsir göstərəcək.

- Bu ilin birinci yarısında İranla Azərbaycan arasında beynəlxalq pulköçürmə əməliyyatlarının ümumi həcmi və ötən illə müqayisəsi necədir?

- Bu ilin birinci yarısında İranla Azərbaycan arasında beynəlxalq pulköçürmə əməliyyatının ümumi həcminin nə qədər olduğunu dəqiq deyə bilmərəm. Amma bu göstəricinin yaxşı olduğunu bilirəm. Ümid edirəm ki, bundan sonra daha da yaxşı olacaq. Keçən illərə baxanda, bu rəqəm ilbəil artmaqdadır.



Yerləşdirilib:25 İyun, 2010  14:54, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com