POPULYARXƏBƏRLƏR

Londonda "Dinlərarası dialoq, Azərbaycan və münaqişənin həlli" mövzusunda tədbir keçirilib

"Azərbaycanda dini liderlər qardaş kimidir. Tolerantlıq sözü bu münasibəti ifadə etmək üçün kifayət etmir. Mən bu ölkədə doğulduğuma görə tanrıya şükür edirəm".

Bu fikirləri Azərbaycanda Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç iyunun 18-də Lordlar Palatasında Lord Leyrdin (Laird) Avropa Azərbaycanlıları Cəmiyyətinin adından təşkil etdiyi tədbirdə bildirib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, Böyük Britaniya və Azərbaycandan olan din xadimləri qarşısında çıxış edən Gennadi Zelmanoviç bildirib ki, onun vətənində 30 minlik yəhudi icması var.

İyunun 17-19-da Londonda "Dinlərarası dialoq, Azərbaycan və münaqişənin həlli" mövzusunda keçirilən tədbirin məqsədi ölkədə dini plüralizmlə bağlı maarifləndirmə işi aparmaq olub. Tədbirin açılışında Avropa Azərbaycanlıları Cəmiyyətinin vasitəsilə Azərbaycana son səfərini xatırladaraq Lord Leyrd ölkədə müxtəlif etiqadların mövcud olduğunu bildirib.

Tədbirdə çıxış edən Dünya Dinlər Konqresinin prezidenti və Üç Etiqad Forumunun həmtəsisçisi Dr. Markus Breybruk (Marcus Braybrooke) baş ravvin Conatan Saksın (Jonathan Sacks) son açıqlamasından sitat gətirib. "Conatan Saks bildirirdi ki, ölkələr icmaların icması olmalıdır və münaqişələrin vurduğu yaraların sağaldılmasında dinlərin xüsusi rolu var". Britaniyadakı şiə müsəlmanlarını təmsil edən"Al-Khoei Fondunun direktoru Yusif Al-Khoei də bu fikri təkrarlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxışı zamanı bildirib ki, dini tolerantlığı heç vaxt güzəştə getmək olmaz: "Azərbaycanda tolerantlıq əsrlər boyu mövcud olub, ölkəmizdə dünyanın əksər ölkələrindən olan insanlar var. Xristianlıq Azərbaycana 2000 il əvvəl, Qafqaz alban kilsəsinin yaranması ilə gəlib. Ölkəmizdə bütün etnik və dini qruplar mehriban ailə kimi yaşayır, Azərbaycan Konstitusiyasının 48-ci maddəsi vicdan və dini etiqad azadlığını təmin edir".

Hidayət Orucov Azərbaycanın qonşusu olan Ermənistanda vəziyyətin bunun əksi olduğunu bildirib: "Ermənistan ölkənin azərbaycanlı əhalisini qovaraq, xristianlığı dövlət dini elan edərək monoetnik, təkdinli dövlət yaratmağa çalışıb". O erməni liderlərinin dini səbəblərdən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirmək üçün necə istifadə etdikləri barədə məlumat verib. Hidayət Orucov həmçinin qeyd edib ki, ermənilər mütəmadi olaraq işğal olunmuş torpaqlarda alban xristian abidələrini və binaları dağıdaraq onları erməni irsi kimi təqdim etməyə çalışırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev tanrının Azərbaycana bəxş etdiyi ən böyük sərvətin dini dözümlülük olduğunu deyib: "Tanrı Azərbaycana təbii sərvətlər bəxş edib, lakin əsl bəxşiş dini tolerantlıqdır. Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, bu tolerantlıq davam edir. Biz xristian və yəhudi qardaşlarımızın sevincini və kədərini bölüşürük. Tolerantlıq dünyanı xilas edə bilər və bu, Azərbaycanda günün reallığıdır".

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədr müavini Semyon Şalmeyev icmanın 2600 illik mövcudluğundan danışıb. O qeyd edib ki, sonradan semitik icma Avropa və gürcü yəhudi icmaları vasitəsilə genişlənib. İcmanın sədri Gennadi Zelmanoviç Azərbaycan müstəqilliyini əldə edən zaman Bakıda bir sinaqoq olduğunu, lakin ötən müddət ərzində dövlətin dəstəyi sayəsində altı sinaqoq və iki yəhudi məktəbi tikildiyini deyib.

Tədbirin sonunda bütün iştirakçılar bəyannamə imzalayaraq dinin millətlərin yaxınlaşmasında və münaqişələrin həllində xüsusi rolunun olduğunu qeyd ediblər.

Çıxışlardan sonra nümayəndə heyəti Müqəddəs Etelburqa Mərkəzinə baş çəkib, Vestminister abbatlığında axşam ibadətində iştirak edib, Londondakı Rus Pravoslav Kilsəsinə və London Mərkəzi Məscidinə baş çəkiblər. Onlar həmçinin məşhur xeyriyyəçi, Üç Etiqad Forumunun həmtəsisçisi, Sternberq Fondunun təsisçisi və prezidenti, Sternberq Yəhudi Mərkəzinin yaradıcı Ser Ziqmund Sternberqin evində görüş keçiriblər.

Keçirilən tədbiri dəyərləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu cür tədbirlərin gələn il daha geniş formatda keçirilməsini arzuladığını bildirib. O qeyd edib ki, dinlərarası dialoqun rolu lazımınca qiymətləndirilməlidir. "Çünki dünənki problemlər sabahkıların eyni deyil".



Yerləşdirilib:25 İyun, 2010  14:50, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com