Azərbaycandan Həcc ziyarətində iştirak etmək istəyənlər üçün sənəd qəbulu başlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya daxil olan məlumata görə, zəvvarların sənəd qəbulu sentyabrda yekunlaşacaq. Bu il Azərbaycana ayrılan kvotada dəyişiklik edilməyib. Belə ki, bu ildə Azərbaycandan yalnız 2 min nəfərin Həcc ziyarətində iştirakına şərait yaradılacaq. Ziyarətə avtobusla getmək istəyənlər 2500, təyyarə ilə getmək istəyənlər isə 3500 manat ödəməli olacaqlar. Zəvvarların otel və qidalanma xərclərini də QMİ öz üzərinə götürəcək.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı noyabrın 16 və 17-də qeyd olunacaq. Həcc ziyarətinə gedən zəvvarlar isə bayramdan bir həftə əvvəl yola salınırlar.