Qafqaz Müsəlmanları İdarəsi yaxın vaxtlarda "Təzə pir" məscidinin ərazisindən köçürüləcək. Buna səbəb "Təzə pir" məscidinin və qurumun məscidin həyətində yerləşən qərargahının təmirinə hazırlıq işlərinin başlanmasıdır. Bunu jurnalistlərə verdiyi açıqlamada Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə deyib (APA). Onun sözlərinə görə, görüləcək işlərin planı hazırdır və yaxın vaxtlarda işə başlanılacaq: "Bu işlər dövlət başçısının qayğısı nəticəsində görüləcək. Ancaq 25 ildən artıq işlədiyim və həddən çox öyrəşdiyim yerdən ayrılmaq mənim üçün çətindir".