Namazda adam artıq söz söyləsə və ya namazın sözünü çaşıb səhv desə, nə etməlidir?
Namazda insan qeyri-ixtiyari olaraq (bilməyərəkdən) namaz sözlərindən başqa hər hansı söz desə, səhv səcdəsi ona vacib olar. Namazın salamlarını söylədikdən sonra namazı pozan hər hansı əmələ yol vermədən səhv səcdəsi üçün niyyət edib, qoşa səcdə yerinə yetirmək (bu zaman hər hansı zikri söyləmək olar, müstəhəb zikr risalədə qeyd edilib), daha sonra qısa şəkildə təşəhhüd və salam demək lazımdır. Amma əgər dilimiz çaşıb, namaza aid olan hər hansı sözü səhv desək, bunu dərhal düzəldib düzgün formada tələffüz etməliyik. Bu halda səhv səcdəsi etməyə də ehtiyac yoxdur.