Bir hökmdar başçılıq etdiyi dövlətdə maarifləndirici tədbiri həyata keçirmək istəyirdi. Amma camaat hər dəfə müxtəlif bəhanələr gətirir və hökmdara imkan daxilində müqavimət göstərirdilər. Nəhayət hökmdar müdrik məsləhətçisinə müraciət etdi və əhvalatı danışdı. O isə öz növbəsində soruşdu:
- Sən bütün vasitələrlə təklifini həyata keçirməyə cəhd göstərmisən?
Müsbət cavab aldıqdan sonra bir qədər düşündü və dedi:
- O zaman yalnız bir çıxış yolu qalır. Sənin tədbirini qadağan edən qanun tərtib etməlisən. Görərsən, insanlar dəstə-dəstə qadağaya tərəf yönələcəklər. Özü də qanun nə qədər sərt olsa, camaatın da sayı bir o qədər çox olacaq.