POPULYARXƏBƏRLƏR

Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata Azərbaycanın icazəsi olmadan Xankəndində kilsənin inşası ilə əlaqədar Moskva Pravoslav Kilsəsinə etiraz bildirib

"Azərbaycan ərazisində istənilən dini məbəd yalnız Azərbaycan hökumətinin razılığı ilə tikilə bilər". Bunu APA-ya açıqlamasında Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata Xankəndində Müqəddəs Məryəmin şərəfinə kilsənin inşasının başlanmasına münasibət bildirərək deyib.


"Dağlıq Qarabağ Azərbaycan ərazisidir, orada istənilən məbəd - istər pravoslav, istər katolik kiləsi, istər müsəlman məscidi və s. olsun - Azərbaycan hökumətinin icazəsi ilə inşa edilə bilər. Amma Xankəndində pravoslav kilsənin bünövrəsi Azərbaycanın icazəsi olmadan qoyulub. Həmin ərazidə hansısa icma qeydə alına bilər, amma inşa aparmaq üçün icazə alınmalıdır", - deyə Konstantin Ata vurğulayıb.

Onun sözlərinə görə Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata Moskva Pravoslav Kilsəsinə müraciət edərək, Xankəndində Azərbaycanın icazəsi olmadan kilsənin inşasına başlanmasına, "İnterfaks" agentliyinin Bakı nümayəndəliyinə müraciət edərək isə onun həmin təməlqoyma mərasimində guya iştirak etdiyi barədə məlumatlara etirazını bildirib.

Həmin etirazdan sonra "İnterfaks-Religiya" öz məlumatını yeniləyib. Yenilənmiş variantda deyilir ki, təməlqoyma mərasimində Moskva Patriarxlığının Xarici Kilsələrarası Şöbəsinin nümayəndəsi Aleksandr Vasyutin iştirak edib.

Xatırladaq ki, ilk məlumatda bildirilirdi ki, Xankəndində keçirilən mərasimdə Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata da iştirak edib, kilsənin tikiləcəyi yerə özül daşı və itaət etmək üçün xaç qoyub, mərasimdən sonra isə separatçı Dağlıq Qarabağ rejiminə rus icması üçün kilsənin tikilməsinə dair verdiyi qərara görə minnətdarlıq edib. Lakin Aleksandr Ata APA-ya açıqlamasında Xankəndinə getməsi və orada kilsənin təməlqoyma mərasimində iştirak etməsi barədə xəbərləri təkzib edib: "Mən heç vaxt Dağlıq Qarabağda olmamışam, hər hansı kilsənin təməlqoyma mərasimində də iştirak etməmişəm. Xəzəryanı Yeparxiyadan da heç kim həmin tədbirdə iştirak etməyib".

Konstantin Ata onu da bildirib ki, Bakı və Xəzəryanı Yeparxiyaya bütün Azərbaycan və Dağıstan daxildir. "Beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı üçün bu ərazi də bizim Yeparxiyaya aiddir. Azərbaycan Dağlıq Qarabağda öz nəzarətini bərpa etdikdən sonra Yeparxiya orada da fəaliyyət göstərəcək", - deyə o qeyd edib.




Yerləşdirilib:25 İyun, 2010  14:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com