Əgər namaz zamanı qiblə tərəfdəki şəkli götürmək mümkün deyilsə, nə etmək olar?
Namaz zamanı qiblə tərəfdə canlı məxluq şəklinin olması məkruhdur (bəyənilməzdir). Bu məkruhluğu aradan qaldırmaq üçün imkan dairəsində ya həmin şəkli oradan götürmək, ya da bunların üzərini örtmək olar. Məsələn, şəkli üzü divara olmaq şərtilə çevirib asmaq, ya da şəklin üzərini pərdə ilə örtmək yaxşı olar. Əgər bu da mümkün deyilsə, onda şəkillə öz aramızda simvolik maneə yarada bilərik. Məsələn, canamazın baş tərəfinə, özümüzlə şəklin arasına təsbehi uzun formada sərib qoya bilərik. Yaxud çəlik, xətkeş kimi hər hansı düz və uzun əşyanı maneə kimi qoya bilərik. Bununla məkruhluğun hökmü aradan qalxar.