Qiyamət günündə bütün günahların üstü açılacaqmı? Qiyamətdə rüsvay olmamaq üçün nə edə bilərik?
Qiyamət günündə bütün sirlərin üstü açılacaq, bu dünyada əvəzi verilməmiş bütün yaxşı və pis əməllərin əsil qiyməti məlum olacaq. Hər kəsin hesabı məhşər adlı ümumi toplantıda və başqalarının gözü qarşısında baş verəcək. Lakin Allahın gözəl adlarından biri də “səttar” və ya “səttarül-üyub”dur; yəni “eyiblərin üstünü örtən”. Əgər bu dünyada günahlarımızdan səmimi qəlblə tövbə etsək və Allahdan bağışlanmaq diləsək, qiyamət günündə həmin günahların üstü açılmaz və Allah-təala bizi rüsvay etməz. Əgər axirətin rüsvayçılığından qorxuruqsa, əvvəla, günah etməməyə çalışmalıyıq; günaha yol verəriksə, tövbə etməliyik.