İranın iqtisadiyyat və maliyyə naziri Seyyid Şəmsəddin Hüseyni bu ay Azərbaycana rəsmi səfərə gələcək.
APA-nın "İSNA"ya istinadən verdiyi məlumata görə, səfər zamanı iranlı nazir bir sıra ikitərəfli müzakirələr və danışıqlar aparacaq.
Seyyid Şəmsəddin Hüseyni Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifovla da görüşlər keçirəcək.