Günlərin birində məşhur sufi Həbib Əcəmi çayda çimmək qərarına gəlir, paltarlarını isə kimsəsiz sahildə qoyur. Bu vaxt həmən yerdən təsadüfən Həsən Bəsrəli keçirmiş. Nəzarətsiz qalan paltarları görən onun sahibini ürəyində məzəmmət edir. Sonra da sahildə əyləşib paltarlara qarovul çəkmək qərarına gəldi.
Tezliklə Həbib də gəldi. Həsən onu görən kimi danlamağa başladı.
- Ay qardaş, belə də məsuliyyətsizlik olar? Bu paltarları kimə tapşırıb getmişdin?
Həbib gülümsəyərək cavab verdi:
- Mən Allaha təvəkkül etdim və paltarlarımı da buna görə sahildə qoydum. Allah isə onlara nəzarət etməyi sənə həvalə etdi.