Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanda bir günlük işgüzar səfərdə olub.
Naziri səfərdə müşayiət edən XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun APA-ya verdiyi xəbərə görə, səfərin məqsədi Azərbaycanın İslamabaddakı səfirliyinin yeni binasının açılış mərasimində iştirak etməkdir.
XİN rəhbəri səfər çərçivəsində bir sıra görüşlər keçirib. O, Pakistan Senatının sədri Faruq Həmid Naek və XİN rəhbəri Mahmud Şah Mahmud Qureyşi ilə görüşüb.
Səfirliyin açılışında Pakistan xarici işlər nazirinin müavini Navabzada Malik Əhməd Xan da iştirak edib.