İslam.az oxucularına bir cərrahın düşündürücü xatirələrini təqdim edir.
“Bu gün mən bir qızcığazı əməliyyat etməliydim. Ona birinci qrup qan lazım idi, amma bizdə qan tapılmadı. Amma onun əkiz qardaşının da qanı birinci qrup idi. Mən ona yaxınlaşdım və söhbətin ölüm ya qalımdan getdiyini başa saldım. O, bir qədər düşündü. Sonra valideynləri ilə vidalaşdı və qolunu irəli uzatdı. Onun nə üçün valideynləri ilə vidalaşmasını anlamadım. Amma onun damarından qan aldıqdan sonra hər şey aydınlaşdı. O, üzünü mənə tutub soruşdu: “Bəs mən nə vaxt öləcəm?”. Uşaq bacısının xilası naminə həyatını qurban verdiyini düşünürdü. Xoşbəxtlikdən, indi onların hər ikisi qaydasındadır”.
P.S. Sonda isə, Quran ayəsi: “...Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. Bəli, Allah bizi məhz belə görmək istəyir...