Doğrudur ki, bəzi dinlərdə vəhy mələyi Cəbrayıla nifrət edirlər?
Quranda buyurulur: “Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir” (Bəqərə, 97). Burada vəhy mələyi olan Cəbrailə (ə) yəhudilərin bəslədiyi mənfi münasibətə işarə vurulur. Yəhudi inancına görə, Cəbraıl (ə) əzab və hərb mələyi, Mikail (ə) isə xeyir və bərəkət mələyi hesab edilirdi. Yəhudilər Peyğəmbərə vəhy gətirən mələyin Cəbrail (ə) olduğunu biləndə ona etiraz edib dedilər ki, sənə vəhyi o gətiribsə, biz sənə inanmarıq. Əgər Mikail sənə vəhy gətirsəydi, onda iman gətirərdik. Əlbəttə, yəhudilərin bu sözü inadkarlıqdan başqa bir şey deyildi.