Qadın heyzli halda qəbr ziyarətinə gedə bilərmi?
Qadına heyzli halda haram və məkruh olan əməllər sırasında buna rast gəlmirik. Heyzli halda qəbir ziarətinə getmək olar. Amma nəzərə alaq ki, müqəddəs şəxslərin – peyğəmbər və imamların, imamzadələrin məzarı olan yerləri ziyarət etmək heyzli qadına qadağandır. Həmçinin, ziyarət etdiyi yerdə məscid hesab olunan tikilinin içinə girmək də olmaz. Ziyarət edərkən, Quranın 7-dən artıq ayəsini oxumaq da bu qadına məkruhdur.