Təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 365-ə çatıb.
Təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 365-ə çatıb. Bu barədə APA-ya Azərbaycanın Din i Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, hazırda dini icmaların təkrar dövlət qeydiyyatına alınma prosesi davam edir. İndiyə kimi 800-dən artıq dini icma qeydiyyat üçün sənədlərini təqdim edib. Bunlardan 10-dək icmanın sənədlərində uyğunsuzluqlar aşkarlandığı üçün onların qeydiyyatından imtina olunub.