Avqust ayının 1 dən etibarən İran, Türkiyə və Pakistan arasında yük qatarlarının hərəkəti başlayacaq
. APA-nın "FARS" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məlumatda yük qatarlarının 3 ölkə arasında mütəmadi hərəkəti iqtisadi sahədə bir çox irəliləyişlərə səbəb olacaq. İlkin olaraq avqustun 1 də Türkiyənin İstanbul şəhərindən Pakistanın İslamabad şəhərinə bir yük qatarı yola salınacaq. Sonra isə 3 ölkə yəni İran, Türkiyə və Pakistan arasında yük qatarlarının gediş-gəlişi artacaq.