Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub. Noyabrın 6-da Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında təşkil ediləcək seminar-müşavirədə Azərbaycandakı dini tolerantlıq, dini sahədə hazırkı vəziyyət, qadağan olunmuş dini fəaliyyətlə məşğul olanlara qarşı aparılan mübarizə, konfessiyalararası münasibətlər və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və digər rəsmi şəxslər də
iştirak edəcək.