Qadın boşanarkən öz mehriyyəsindən imtina edə bilərmi?
Qadın öz mehriyyəsi ilə özü istədiyi şəkildə rəftar etməyə ixtiyarlıdır. O, mehriyyəsini istədiyi an tələb də edər, istədiyi an ərinə bağışlaya da bilər. (əgər tələb edərsə, əri bunu ödəməyə borcludur). Qadın hətta ərindən talaq almaq niyyəti ilə də mehriyyəni ona bağışlaya bilər. Yəni əgər kişi qadını boşamaqdan imtina edirsə və qadın mehriyyəni qaytarmağın buna səbəb olduğunu bilirsə, mehriyyəni ərinə bağışlamaqla onun talaq verməsini tələb edə bilər. Hətta mehriyyənin məbləğı kişiyə az gələrsə, qadın bundan daha çox məbləği ona verməklə talaq ala bilər. Bunlar şəriətdə “xül” və “mübarat” talaqları adlanır.