Hənif dini hansı dindir?
Hənif tək Allaha inanan, monoteist düşüncəli adam deməkdir. “Hənif dini” ifadəsi də tək Allaha inanmaq, şirki və küfrü rədd etmək, bütlərə tapınmamaq mənasını verir. Üç səmavi dinin (İslam, xristianlıq və yəhudilik) banilərinin ulu əcdadı Həzrət İbrahimdir (ə). Ona görə də hənif dininin banisi deyərkən, çox zaman İbrahim Peyğəmbəri (ə) nəzərdə tuturlar. Əslində bütün peyğəmbərlər hənif dinində olmuş və bunu təbliğ etmişlər. Ona görə də bütün haqq olan din və şəriətləri “hənif dini” adlandıra bilərik. Lakin təəssüf ki, sonralar bəzi dinləri təhrif etmişlər. Həzrət Mühəmməd Peyğəmbər (s) də peyğəmbərliyə təyin edilməzdən əvvəl hənif inancında olmuşdur.