İsrail Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya silahlı hücum əməliyyatının arxasında durur. Belə bir bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hazırda Kanadada olan İsrailin baş naziri israilli diplomatlar və təhlükəsizlik qüvvələri rəsmiləri ilə telefon söhbəti zamanı İsrail ordusuna tam dəstək verdiyini və ordunun arxasında durduğunu söyləyib.
Xatırladaq ki, İsrail ordusu "İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!" devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail televiziyalarının məlumatına görə, hadisə nəticəsində 19 nəfər ölüb. Ölənlər arasında 6 türkün də olduğu bildirilir.