Niyə Həzrət Əliyə (ə) “əmirün-nəhl” ləqəbini aid edirlər? Bu sözün mənası nədir?
Məşhur müsəlman alimi Sibt ibn əl-Cövzi “Təzkirətül-xəvass” kitabında Həzrət Əlinin (ə) ləqəblərini qeyd edərkən, “məlikün-nəhl” (arı hökmdarı) ləqəbini də xatırladır və bunun səbəbini aşağıdakı kimi izah edir: Möminlər arı kimidirlər; çünki arı yalnız pak qidalar yeyir və pak maddə (yəni bal) ifraz edir. Möminlər də pak yeməkr yeyər, gözəl iş görər, gözəl söz danışarlar. İmam Əlinin (ə) ləqəbi “əmirül-möminin”, yəni möminlərin ağası olduğu üçün və möminlər də arıya bənzədildiyi üzündən, o həzrətə “arıların hökmdarı” ləqəbini aid etmişlər. Bu ləqəbi bəzi şairlər (o cümlədən, Xaqani Şirvani) də öz əsərlərində işlətmişlər.