Fələstin prezidenti Mahmud Abbasın 250 nəfərlik mühafizə heyəti bütövlüklə həbs olunub. Buna səbəb isə mühafizəçilərin hamısının may ayının 23-də işə çıxmaması olub.
APA-nın məlumatına görə, mayın 23-də M.Abbas qızının xəstəxanaya aparılması üçün mühafizəçilərini çağırmaq istədikdə, onun telefon zənginə cavab verən olmayıb. Eyni vəziyyət sürücülərlə də baş verib. Nəticədə, prezident xəstələnmiş qızını klinikaya şəxsən aparıb.