Abdullah ibn Ümmi-Məktum kim olub?
Abdullah ibn Ümmi-Məktum səhabə olmuşdir. O, Həzrət Xədicənin dayısı oğludur. Məkkə dönə-mində İslamı qəbul etmiş ilk müsəlmanlar¬dan sayılır. Körpə ikən gözləri tutulmuşdu, amma gur səsi vardı. Bilalla yanaşı müəz¬zinlik edirdi. Xüsusilə, Ramazan ayında sübh azanını Abdullah ibn Ümmi-Məktum oxu¬yurdu. Buna görə də Peyğəmbər səhabələri¬nə tapşırmışdı ki, Abdullahın azan səsini eşidincəyə kimi yeyib-içə bilərlər. Abdullah kor ol¬duğu üçün savaşlara qatıla bilmirdi. Bunun əvəzində Peyğəmbər bəzi hərbi səfərlərə gedəndə onu Mədinədə öz yerinə canişni qoyurdu. Bəzən də Abdullah döyüş meydanının kənarında bir təpənin üs¬tünə qalxıb uca səslə müsəlmanları hücuma həvəsləndirirdi.
Hicrətin 15-ci ilində (miladi 636-cı il) müsəlmanlarla Sasani ordusu arasında baş vermiş Qadisiyyə savaşında şəhid olması, ya da həmin səfərdən qayıdarkən yolda vəfat etməi bildirilir.