İran parlamentinin rəhbər vəzifələrinə seçkilər keçirilib.
APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərdə 258 millət vəkilindən 214-nün səsini qazanan Əli Laricani ardıcıl olaraq 3-cü dəfə parlamentin sədri seçilib. Qeyd edək ki, İran İslami Şura Məclisinin daxili əsasnaməsinə görə, Milli Məclisin rəyasət heyəti üzvləri və spikeri hər il millət vəkilləri tərəfindən seçilməlidir.