Həqiqətənmi azanda “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsini deyənlərə Şeyx Səduq öz kitabında lənət yazıb?
Cəfəri məzhəbinə görə, “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsi azan və iqamənin vacib sayılan hissəsi deyil. Amma bu cümləni qürbət, yəni Allaha yaxınlıq niyyəti ilə söyləmək müstəhəbdir. Hal-hazırda təqlid edilən müctəhidlərin demək olar ki, hamısının rəyi belədir. Keçmişdə bəzi ifrat cərəyanlar və eləcə də bəzi alimlər bu cümləni azan və iqamənin vacib hissəsi bilirdilər. Şeyx Səduq özünün “Mən la yəhzürühül-fəqih” kitabında (1-ci cild, səh. 290) bu fikirdə olanları sərt tənqid edərək, onlara lənət yazıb. Bir daha təkrar edirik ki, bu, həmin cümləni azan və iqamənin vacib bir hissəsi sayanlara aiddir.