İraqın şimalındakı Mosul şəhərində naməlum şəxslər "Əl-İraqiyyə" liberal siyasi blokunun aparıcı nümayəndələrindən olan Bəşər əl-Həmidi güllələyiblər
İraqın şimalındakı Mosul şəhərində naməlum şəxslər "Əl-İraqiyyə" liberal siyasi blokunun aparıcı nümayəndələrindən olan Bəşər əl-Həmidi güllələyiblər. Ona silahlı basqın yaşadığı evin qarşısında olub. Sinəsindən güllə yarası alan siyasətçi bir müddət sonra dünyasını dəyişib.
İraqda martın 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, Bəşər əl-Həmid qanunverici orqana üzv seçilmişdi.