Hindistanın şimal-şərqində yerləşən Mavsilam kəndi planetin ən rütubətli yeri hesab edilir. 1985-ci ildə burda rekord həcmdə yağıntı qeydə alınıb - 26 000 millimetr.
Bu rekord rəsmi olaraq Ginnesin Rekordlar Kitabında da öz əksini tapıb. Orta hesabla isə burda il ərzində 11 862 millimetr yağıntı olur. Uzun müddət açıq havada olmaq məcburiyyətində qalan yerli sakinlər isə daim özləri ilə bambuk və banan yarpaqlarından hazırladıqları çətirləri gəzdirirlər.






