Xeyir ilə şər məsələləri ətrafında çox düşünən insan bir dəfə abidin yanına gələrək sual verdi:
- Mən insanlara xeyir bəxş etmək istəyirəm. Amma onların davranışlarına və etdikləri günahlara baxdıqda, bu işə özümdə qüvvət tapmıram. Bəs mən nə edim?
Abid ona belə cavab verdi:
- Bilirsən, Günəşin işığı o qədər parlaq və güclüdür ki, Yerin ona hansı tərəfi ilə çevrilməsindən və onun ətrafında fırlanmasından asılı olmayaraq, Günəş heç vaxt Yerin qaranlıq tərəfini görməyəcək. Sən də Günəş kimi ol!