Həqqün-nas nə deməkdir?
Həqqün-nas “insan haqqı” deməkdir. Bəzən buna “qul haqqı” da deyirlər. İnsanın vəzifələrini iki yerə bölürlər: həqqüllah və həqqün-nas. Yəni Allahın haqqı və insanların haqqı. İnsanın Allah qarşısında daşıdığı vəzifələrə həqqüllah deyilir (məsələn, namaz qılmaq, oruc tutmaq və s.). Bunlara görə hökm vermək ixtiyarı yalnız Allaha məxsusdur. Allah istəsə bu işlərdə səhlənkarlıq edən şəxsləri özü bağışlayar, istəməsə bağışlamaz. Buna Allahdan başqa heç kimin haqqı yoxdur. Amma həqqün-nas isə sair insanlar qarşısında adamın daşıdığı məsuliyyətdir (məsələn, qeybət etmək, oğurluq etmək, haqqını mənimsəmək və s.) Həqqün-nasın bağışlanması üçün yalnız o adamın halallığını almaq lazımdır. Əvvəlcə zalım məzlumdan üzr istəyib haqqını qaytarmalı, halallıq almalıdır. Allah buyurub ki, qiyamət günündə heç kim mənim hüzuruma həqqün-nasla gəlməsin.