POPULYARXƏBƏRLƏR

Ərəblər "Əmrahbank"ı aldı

Bəhreynin Beynəlxalq İnvestisiya Bankı Azərbaycan Bankını islamlaşdıracaq

Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankı İİB Azərbaycanın ən iri kommersiya banklarından olan "Əmrahbank"ın səhmlərinin 49 faizini aldığını elan edib. Məlumatı "Gulf-News" agentliyi yayıb. Məlumatda deyilir ki, İİB "Əmrahbank"la əməkdaşlığı genişləndirərək Azərbaycanda islam şəriəti qaydaları əsasında yüksək keyfiyyətli maliyyə xidmətləri göstərən İslam kommersiya bankına çevirmək niyyətindədir.

İİB hər il "Əmrahbank"dan əldə etdiyi gəlirlərin 21 faizini müəssisənin inkişafına yatıracaq. "Əmrahbank" 1993-cü ildə yaradılıb və Azərbaycanın bölgələrində 20 filialı var. Bankda 250-dən çox adam işləyir. Dövlətə məxsus olan Beynəlxalq Bank istisna olmaqla "Əmrahbank" hazırda Azərbaycanda ən gəlirli bank sayılır. Agentliyin qeyd etdiyinə görə Dünya Bankı Azərbaycanın ən sürətli iqtisadi inkişafa malik ölkələrdən biri olduğunu bildirib.

Məhz Azərbaycanın ildə orta hesabla 30 faiz iqtisadi artıma malik olması Bəhreyn bankını bura investisiya yatırmağa sövq edib. "Əsas iqtisadi və demoqrafik göstəricilər Azərbaycanda maliyyə sektorunda xidmətlər olan ehtiyacın böyük olduğunu göstərir, eyni zamanda bu ölkədə islam qaydalarına uyğun bank xidmətləri göstərilməsi sahəsində boşluq var" deyə İİB-nin direktoru Abed əl-Zira agentliyə bildirib.

"Biz hesab edirik ki, bu investisiya ölkənin sürətli iqtisadi inkişafı və "Əmrahbank"ın bu yaxınlarda Azərbaycanda şəriət qaydalarına uyğun maliyyə xidmətləri göstərmək sahəsində birincilik etməyə başlaması sayəsində tezliklə özünü doğruldacaq." Abed əl-Zira deyib ki, bu, İİB-nin Azərbaycana yatırdığı ilk investisiyadır. Lakin ilk dəfə deyil ki, İİB xarici ölkələrdə şəriət qaydaları əsasında işləyən banklar yaradır. Onun sözlərinə görə İİB hazırda Britaniyada yerləşən Avropa İslam İnvestisiya Bankının səhmdarlarından biridir.

"Əmrahbank"ın prezidenti Yunis İldırımzadə isə deyib ki, onlar bankın keçmişdəki və indiki fəaliyyəti ilə fəxr edir. "Biz ümid edirik ki, İİB-in dəstəyi ilə bank daha da inkişaf edəcək." Lakin İİB-in "Əmrahbank"ın səhmlərinin 49 faizi üçün nə qədər ödədəyi açıqlanmır. Bu yaxınlarda İİB Əbu-Dabidə daşınmaz əmlak sahəsindəki layihəyə 197 milyon, Almaniyada isə üç biznes layihəsinə 220 milyon dollar yatırıb.

Qeyd edək ki, Azərbaycan dünyəvi dövlət olduğuna görə burada şəriət qaydaları əsasında fəaliyyət göstərən bankın yaradılması suallar doğura bilər. Şəriət qaydalarına görə sələmçilik və faiz almaq günahdır, ona görə də islam bankları gəlir əldə etmək üçün fəqrli mexanizm seçirlər.



Yerləşdirilib:27 Oktyabr, 2007  16:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com