Həzrət Yəhya və Həzrət Yuhənna eyni peyğəmbərdirlər yoxsa fərqli şəxslərdir?
Yəhya və Yuhənna eyni peyğəmbərin adının fərqli variantlarıdır. Bu peyğəmbər Həzrət İsanın (ə) dövründə yaşayıb, camaatı o həzrətin gəlişinə hazırlayıb, axırda zalım hökmdarın əmri ilə başı kəsilərək şəhid olub. Xristian mənbələrində onun adı İohann kimi təqdim edilir. Bu sözün ərəbləşdirilmiş şəkli olaraq iki variant işlədilir: Yəhya və Yuhənna. Qeyd edək ki, rus dilindəki İvan, ingilis dilindəki Con, ispan dilindəki Xuan, fransız dilindəki Jan adları da bunun fərqli variantlarıdır.