Gecə namazının fəzilətli vaxtını necə hesablamaq lazımdır?
Gecə namazını gecənin ikinci yarısında qılmaq müstəhəbdir. Gesənin son üçdən-bir hissəsində qılmağın savabı daha çoxdur. Gecə yarısı Günəşin batmasından ertəsi günün fəcr vaxtına (sübh azanına) kimi götürülür. Həmin vaxtı hesablayıb 3 yerə bölürük. Bu müddətin üçüncü hissəsi gecə namazının fəzilətli vaxtı sayılır. Məsələn, tutaq ki, Günəş axşam saat 8-də batır, ertəsi günün sübh azanı səhər saat 5-də verilir. Bunların arasında 9 saat fasilə var. Bunun üçdən-bir hissəsi 3 saat edir. Deməli sübh azanına 3 saat qalmışdan başlayaraq (saat 2-dən) sübh azanına kimi bu namazı qılmaq məsləhətdir.