Bir nəfər günah edir, ardınca isə Allahın Tövbə qapısına üz tuturdu. Lakin Şeytan ondan əl çəkmir, insan da hər dəfə əbədi düşməninə məğlub olaraq tövbəsini pozurdu.
Bir dəfə yenə də tövbə etdi. Çox keçmədi ki, dünyasını dəyişdi. Şeytan sevincək onun ruhunu qarşılamağa gəldi:
- Sən mənimsən!
Amma Allahdan nida gəldi:
- Yox, o tövbə edib!
Şeytan öz çirkin xislətini yenə ortaya qoydu:
- Axı o tövbəsini dəfələrlə pozmuşdu?
Allahdan yenə nida gəldi:
- Sən şər olaraq hər dəfə onu Mənə tövbə etdikdən sonra qəbul etdiyin halda, Mən onu hər dəfə günah etdikdən sonra Mənə üz tutduğu halda qəbul etməyə bilərəmmi? Unutma ki, sən – şərsən, Mən isə - Rəhim və Rəhman Allah!
P.S. Allah bizi bağışlamaq istəyir. Amma biz də bağışlanmaq istəyirikmi?