Tibb işçisinə xəstə və ya xəstənin qohumu pul verirsə, bu da rüşvət sayılır ya yox?
Tibb işçiləri öz işlərinə görə tibb müəssisəsindən məvacib alırlar. Əgər bu məvacib azdırsa, ona əsas verməz ki, xəstədən rüşvət istəsinlər və ya onu məcbur etsinlər ki, rüşvət versin. Amma əgər xəstə və qohumu öz razılığı ilə tibb işçisinə pul versə, bunu almaq olar və bu, rüşvət sayılmaz. Amma bir daha qeyd edirik ki, xəstəni pul verməyə məcbur etmək günahdır və bundan sonra alınan pul halal deyil.