Quranda qadın şəxsiyyətlərdən hər hansı birinin adı çəkilibmi?
Quranda qadın şəxsiyətlərdən yalnız birinin adı çəkilir. Bu, Həzrət İsa Peyğəmbərin (ə) anası Məryəmdir. Hətta Quranın 19-cu surəsi bu müqəddəs qadının adını daşıyır. Ümumilikdə Quranda 34 dəfə Məryəmin adı çəkilir. Əksər hallarda bu ada Həzrət İsa (ə) ilə bağlı, “Məryəmin oğlu İsa” ifadəsi şəklində rast gəlirik.