Əfqanıstan hökumətinin təmsilçisi Kabil yaxınlığındakı dağlıq ərazidə "AN-24" təyyarəsinin qəzaya uğramasının detallarını açıqlayıb
APA-nın məlumatına görə, tərkibində 38 sərnişin və 5 ekipaj üzvü olan təyyarə Hindiquş dağ silsiləsinin Salanq aşırımı yaxınlığında qəzaya uğrayıb. Qunduz-Kabil reysini həyata keçirən təyyarədə 6 xarici vətəndaş olub. Qəzaya çətin hava şəraitinin səbəb olduğu bildirilir.