Yəmənin cənubunda yaraqlılar bu ölkənin prezidenti Əli Аbdullahın avtomobil kortejini atəşə tutublar
APA-nın rbk.ru saytına istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Prezidentin mühafizə dəstəsinin açdığı cavab atəşi nəticəsində bir yaraqlı olub.
Daha əvvəl, mayın 13-də naməlum terrorçular bu ölkənin hökumət başçısının müavini Sadiq Əbu-Rassatın avtomobil kortejini atəşə tutublar.