İran ABŞ-ın kəşfiyyat təyyarəsinə atəş açaraq onu öz sərhədlərindən uzaqlaşdırıb. A
APA-nın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran ordusunun komandanı Ətaullah Salehi deyib. O bildirib ki, İran Silahlı Qüvvələri Fars körfəzində təlim keçərkən ABŞ-ın bir ədəd kəşfiyyat təyyarəsi İran sərhədlərinə yaxınlaşıb. Bu zaman İran ordusu tərəfindən xəbərdarlıq atəşi açılıb. ABŞ kəşfiyyat təyyarəsi dərhal İran sərhədindən uzaqlaşıb.