Pakistanda BBC-nin yayımı dayandırılıb
Bu barədə BBC-dən məlumat veriblər. Şirkətin məlumatına görə, BBC ilə bağlanmış müqaviləyə əsasən onun urdu dilindəki xəbərlərini yayımlayan 34 radio stansiyasından 24-ü rəsmi orqanlardan bu yayımı dayandırmaq barədə göstəriş alıblar.
Göstərişi Pakistanın Elektron KİV-nə nəzarət idarəsi verib. İdarənin nümayəndələri hökumətin tapşırığına əsasən belə etdiklərini bildiriblər.