İsrail polisi son bir neçə aydır Qüdsdə yaşayan Türkiyə vətəndaşı İzzət Şahini həbs edib.
APA-nın məlumatına görə, İvrit Universitetində ivrit dili təhsili aldığı bildirilən İzzət Şahinin həbs olunma səbəbi açıqlanmır.
Şahinin, 4 gün əvvəl, Fələstin şəhəri Beytüllahimin çıxışında, nəzarət-buraxılış məntəqəsində həbs olunduğu bildirilir.
Petax-Tikvadakı həbsxanada olduğu öyrənilen Şahinin həbs olunduğunu Təl-Əvivdəki Türkiyə səfirliyi də təsdiqləyib.
İzzət Şahinin mayın 4-də məhkəmə qarşısına çıxarılacağı qeyd olunur.