İran Fars körfəzində hərbi təlimlər keçirir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, "Böyük Peyğəmbər-5" adlanan bu təlimlər İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən keçirilir
Üç gün davam edəcək təlimlərdə 313 sürətli qayıq, raket atan, raketdən müdafiə olunan, eləcə də digər hərbi texnikadan istifadə olunur.
Qeyd edək ki, İranın bu təlimləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaradılması günü münasibətilə keçirilir.