Pakistanın Peşəvər şəhərində küçələrdən birində güclü partlayış baş verib. APA-nın məlumatına görə, polisdəki mənbələr ilkin olaraq partlayış nəticəsində 25 nəfərin həlak olması barədə xəbər verib.
Bu, artıq bu gün Peşəvərdə baş verən ikinci partlayışdır. Birinci partlayış Dövlət Polis Akademiyasının binasının yaxınlığında qeydə alınıb. Partlayış nəticəsində 1 uşaq həlak olub, 10 nəfər yaralanıb. Zərərçəkənlər arasında 5 uşaq da var.
Hələlik Pakistanda fəaliyyət göstərən terror təşkilatlarından heç biri törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürməyib. Hadisə nəticəsində yaralananlar xəstəxanalara yerləşdirilib.