Bu gün günün birinci və ikinci yarısında İsrail Ordusunun əməliyyatına cavab əlaməti olaaq İsraillilərin yaşadığı bölgələr Fələstinlilər tərəfindən Qəssam raketlərinə tuş gəliblər.
İslam-Azeri-nin İsrail və Fələstin KİV-lərinə istinadlı xəbərinə görə bu gün günün birinci və ikinci yarısında İsrail Ordusunun əməliyyatına cavab əlaməti olaaq İsraillilərin yaşadığı bölgələr Fələstinlilər tərəfindən Qəssam raketlərinə tuş gəliblər.
Qəzzanın şimal cənub bölgəsində İsraillilərin yaşadıqları bölgələrə səhər və axşam ən azı 4 Qəssam raketi atılıb.
Diqqətinizə çatdıraq ki, bu gün Fələstinlilər tərəfindən İsrail əsgərləri də hədəfə alınmış onlardan altı nəfər yaralanmışdı.
Bu hücum İsrail əsgərlərinin iki fələstinli gənci şəhid etməsindən dərhal sonra baş verdiyi də önə çəkilir.